Advertisement

Cinayət törətməkdə şübhəli bilinən 71 nəfər saxlanılıb – DİN

Bakı. Trend:

İyunun 20-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən
bağlı qalan 70 cinayətin açılması polis əməkdaşları tərəfindən
təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, axtarışda
olduğuna görə ümumilikdə 123, o cümlədən borclu şəxs qismində
axtarışda olan 91 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil
verilib.

Narkotiklərlə əlaqəli 24, qanunsuz saxlanılan silah-sursatın
götürülməsi və aşkarlanması ilə bağlı 52 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 71 nəfər saxlanılıb.