
Bakı. Trend:
Hazırda andiçmə mərasimində iştirak edən vəkillərdən 32 nəfəri
kişi, 19 nəfəri isə qadındır.
Trend xəbər verir ki, bu barədə Vəkillər Kolleksiyasının sədri
Anar Bağırov deyib.
Onun sözlərinə görə, ümumilikdə qadın vəkillərin sayı 503 nəfər
olmaqla, ümumi vəkillərin 18%-ni təşkil etməkdədir.
“2018-ci ildən indiyədək ARVK üzvlüyünə qəbulla bağlı 13 yazılı
test imtahanı keçirilib. Bu imtahanlarda iştirak edən 5488
namizəddən 1627 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari
təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib. Bu gün
vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi
uğurla başa vuran ümumilikdə 51 namizəd vəkil andı içərək
Kollegiyaya qəbul olunublar”, – o əlavə edib.





























