Advertisement

Xocalıda 1 ton çətənə bitkisi məhv edildi

Bakı. Trend:

Xocalıda yabanı halda bitən 1 ton 47 kq çətənə bitkisi məhv
edilib.

Bu barədə Trend-ə Daxili
İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan
məlumat verilib.

Xəbərə görə, Xocalı Rayon Polis Şöbəsinin əməkdaşlarının “Xaşxaş
2024” planına uyğun olaraq keçirdikləri tədbirlərlə rayonun Əsgəran
qəsəbəsi ərazisində yabanı halda bitən 1 ton 47 kq 1150 ədəd çətənə
bitkisi toplanılaraq məhv edilib.