Advertisement

Avtobus marşrutlarına onlayn bilet satışı artıb

Bakı. Trend:

Bu ilin yanvar-may aylarında Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat
Agentliyinin (AYNA) “biletim.az” portalı üzərindən 122 991 ədəd
bilet alınıb.

Bu barədə Trend-ə AYNA-dan
bildirilib.

Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 dəfə
çoxdur.

Qeyd edək ki, “biletim.az” portalı 2022-ci ilin dekabr ayından
istifadəyə verilib. Portal Azərbaycanda şəhərlərarası və
rayonlararası müntəzəm avtobus marşrutlarına onlayn bilet satışını
təmin edir.