
Bakı. Trend:
Qarabağ Universitetinin İncəsənət fakültəsində müəllim
vakansiyası elan olunur.
Elm və Ali təhsil üzrə Dövlət Agentliyindən Trend-ə verilən
məlumata görə, Qarabağ Universitetində Musiqişünaslıq, pianino,
violin, klarnet, saksafon, tar, kamança, saz, qanun, balaban,
nağara, qarmon alətləri; xanəndəlik, rəsm, rəngkarlıq,
sənətşünaslıq və milli vokal istiqamətləri üzrə müəllim
vakansiyaları elan edilib.
Tələblərə cavab verən namizədlər müraciətlərini mövzu yerinə “_
(istiqamət üzrə) müəllim” yazmaqla [email protected] elektron
poçt ünvanına göndərə bilərlər.
Vakansiya üzrə son müraciət tarixi 07 iyul 2024-cü ildir.





























