
Bakı. Trend:
Bakının Xəzər rayonundan oğurladıqları avtomobili Ağcabədiyə
aparan şəxslər saxlanılıblar.
Trend DİN-ə istinadən xəbər
verir ki, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə paytaxt
sakini olan bir nəfər müraciət edərək “VAZ-2107” markalı
avtomobilin qaçırıldığını bildirib.
Şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni
törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Əliyev Əyyar,
Hacızadə Elgiz və Məmmədli Rafiq saxlanılıblar. Saxlanılan şəxslər
oğurladıqları avtomobili Ağcabədi rayonuna aparıblar. Onların
məqsədi maşını ehtiyat hissələrinə ayırıb satmaq olub. Nəqliyyat
vasitəsi rayon ərazisində sökülmüş vəziyyətdə tapılıb.
Faktla bağlı 2-ci Polis Şöbəsində araşdırmalar davam
etdirilir.





























