Advertisement

Əməkhaqqısı artırılan müəllimlərin sayı 55 minə çatdırılacaq – RƏSMİ

Bakı. Trend:

Bu tədris ilindən əməkhaqqısı artırılan müəllimlərin sayı
55.000-ə çatması proqnozladırılır.

Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru
Eşqi Bağırov deyib.

O qeyd edib ki, bu günə kimi sertifikatlaşdırma prosesində
iştirak etmiş 35.000 çox müəllimin əməkhaqqısı artırılıb.

“Sertifikatlaşdırmanın test imtahanı mərhələsi
avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata
keçirilir. İmtahan başa çatdıqdan sonra imtahan nəticələri dərhal
elan edilir. Ölkə üzrə dövlət ümumi təhsil müəssisələrində çalışan
24 064 sayda müəllim prosesə cəlb olunub. ⁠Yeni tədris ilindən
təhsilverənlərin əməkhaqqısı sertifikatlaşdırmanın nəticələrinə
uyğun olaraq müvafiq artımla hesablanacaq.

Azərbaycan dili və ədəbiyyat müəllimlərinin 95 faizi, ibtidai
sinif müəllimlərinin isə 86 faizi sertifikasiya prosesindən uğurla
keçib. Bu, imtahanı uğurla keçməyən müəllimlərin ümumi sayından
dəfələrlə çoxdur. Sertikatlaşdırmadan 51+ bal toplayan
müəllimlərimizin sayı da uğurlu nətocə göstərməyən müəllimlərimizin
sayından çoxdur”, – deyə o bildirib.