Advertisement

Qədim tarix, müxtəlif dad, əsl ləzzət (FOTO)

Bakı. Trend:

Pivə bəşər tarixində ən qədim spirtli içkilərdən biri sayılır.
Bu içki əsrlər boyu dəyişmiş zəngin tarixə və mədəni əhəmiyyətə
malikdir. İstehsalına qədim dövrlərdən başlanan pivə haqqında ilk
qeyd eramızdan əvvəl 5-ci minilliyə aiddir. Tarixi mənbələrə görə
pivə Mesopotamiyada və Qədim Misirdə qidalanmanın vacib elementi
olmaqla yanaşı, dini ayinlərdə və gündəlik həyatda da əsas rol
oynayırdı. Qədim Misirdə pivə o qədər qiymətli idi ki, hətta əməyin
ödənişi müqabilində ödəniş vasitəsi kimi pivədən istifadə edilirdi.
Mesopotamiyada ilahə Nisaba pivə istehsalının hamisi hesab
olunurdu. Avropa isə pivə ilə Roma İmperiyasının genişlənməsi
nəticəsində tanış oldu, ildən-ilə köhnə qitədə bu içkiyə tələbat
artdı.

(Mesopotamiya pivə rasionu tableti. Britaniya Muzeyi.
London.
@ Osama Shukir Muhammed Amin)

Ən məşhur içki

Hazırda pivə bir çox ölkələr və regionların içki mədəniyyətinə
dərin kök salıb. Pivə istehlakı ilə bağlı ənənələr və adətlər
müxtəlif və unikaldır. Adambaşına illik 142 litr pivənin istehlak
olunduğu Çexiyada pivə muzeyi fəaliyyət göstərir. İl ərzində
adambaşına 104 litr pivənin içildiyi Almaniyada “Oktoberfest”
adlanan pivə festivalına dünyanın müxtəlif ölkələrindən milyonlarla
insan Bavar pivəsi dadmağa gəlir. Dünyada pivə ilə bağlı özəl
günlər bununla yekunlaşmır. ABŞ-da “Milli pivə günü” qeyd edilirsə,
Yaponiyada hər il “BeerFes” qeyd olunur. Bəzi ölkələrdə milli adət
və ənənələrin ayrılmaz tərkib hissəsi olan pivə dünyada da ən
məşhur spirtli içkilərdən biri hesab olunur. Hesablamalara görə hər
il dünyada 190 milyard litr pivə istehlak edilir. Avropa ölkələri,
xüsusilə Çexiya, Almaniya və Avstriya adambaşına pivə istehlakının
ən yüksək olduğu ölkələrdəndir. Avropa və Şimali Amerika ənənəvi
olaraq ən çox pivə istehlak edən regionlar olsa da, son illərdə
Asiya və Latın Amerikasında pivənin istehlakında sürətli artım
müşahidə edilir. Məhz bu səbəbdəndir ki, 2000-2020-ci illərdə
qlobal pivə istehlakı 20% artıb. Araşdırmalara görə 2024-cü ildə
ticarət obyektləri 19 milyard ABŞ dolları məbləğində pivə satıb,
kafe və restoranlarda isə 18,2 milyard dollarlıq pivə içilib.
Mütəxəssislər dükan və marketlərdə pivə satışının hər il orta
hesabla 7% artacağını proqnozlaşdırır.

(Oktoberfest © FooTToo / Getty)

“Narıncı qızıl”

Azərbaycanda “Narıncı qızıl” adlandırılan pivə populyar
alkoqollu içkilərdən biridir. 1868-ci ildə Göygöldə alman Forer
qardaşlarının zavod inşa etməsi ilə ölkəmizdə pivənin istehsalına
başlanıb. Azərbaycan bazarının inkişaf perspektivlərinin nikbin
qiymətləndirilməsi, əlverişli investisiya mühiti, tələbatın
çoxalması öz növbəsində ölkəmizdə pivə istehsalının artmasına rəvac
verib. Ölkədə həyata keçirilən dinamik iqtisadi inkişaf xətti,
həmçinin xarici investisiyaların uğurlu tətbiqi üçün yaradılmış
əlverişli şərait dünyanın bir çox tanınmış şirkətlərini Azərbaycana
sərmayə yatırmağa sövq edir. Dünyanın ən böyük pivə
istehsalçılarından olan Carlsberg Group-un Azərbaycan bazarına
marağı, yeni istehsal xətlərinin açılması, eləcə də bir sıra digər
yerli istehsalçıların fəaliyyəti nəticəsində son 28 ildə ölkəmizdə
pivə istehsalı 21 dəfə artırıb. 1995-ci ildə Azərbaycanda pivə
istehsalı 223 min dkl idisə, 2023-cü ildə bu göstərici 5 mln. 264
min dkl, başqa sözlə 52 mln. 640 min litrə yüksəlib. Təkcə 2022-ci
illə müqayisədə 2023-cü ildə ölkədə pivə istehsalı 12,4% artıb.
Hesablamalara görə, ölkəmizdə adambaşına illik pivə istehlakı 6-7
litr təşkil edir. Mütəxəssislər bu rəqəmin artacağını gözləyir.

Pivə istehsalı iqtisadiyyatın lokomotivlərindən biri
kimi

Pivəbişirmə sənayesi iş yerlərinin açılması və əhəmiyyətli gəlir
mənbəyi olmaqla dünya iqtisadiyyatına mühüm töhfələr verir. Ən son
araşdırmalara görə, bu sektorda dünya üzrə 1,7 milyon insanın
məşğulluğu təmin edilir. Pivə sənayesi birbaşa məşğulluqdan əlavə,
iqtisadiyyatın digər sahələri – kənd təsərrüfatı, nəqliyyat,
qablaşdırma və pərakəndə satış kimi bir çox əlaqəli sektorların
inkişafına rəvac verir, həmçinin bu sahələrin iqtisadi fəallığını
stimullaşdırır. Pivə istehsalı və satışından tutulan vergilər
dövlətlər üçün mühüm gəlir mənbəyidir. Pivə bazarı aksiz vergiləri,
gəlir vergisi və digər ödənişləri təmin etməklə dövlət büdcəsinin
formalaşmasına müsbət təsir göstərir. Xüsusilə zəngin pivə ənənəsi
olan regionlarda pivə istehsalı sənayesi turizmin inkişafına öz
töhfəsini verir. Pivə turları, festivallar və pivə zavoduna
ziyarətlər yerli iqtisadiyyatı gücləndirir.

Pivəbişirmədə tendensiya və
innovasiyalar

Qlobal pivə bazarında məşhur brendlər geniş çeşiddə məhsullar
təklif edir. Buna baxmayaraq pivə həvəskarları daim yeni dad
axtarışındadır. Artan tələbat və yenilik axtarışına görə pivə
istehsalı sənayesi daim inkişaf edir. İnnovativ istehsal üsulları
və yeni inqrediyentlərdən istifadə pivənin yeni sortlarının
yaranması ilə nəticələnir. Son illərdə pivə istehsalçıları müxtəlif
inqrediyentlər və istehsalda yeniliklər sayəsində qeyri-adi dad və
ətrə malik, unikal kraft pivə çeşidləri yaradırlar. Pivə
istehsalçıları istehsalın keyfiyyətini və səmərəliliyini artırmaq
üçün müasir texnologiyaların tətbiqini genişləndirməkdə davam
edirlər. Bura yeni filtrasiya və temperatur nəzarət sistemlərinin,
avtomatlaşdırılmış doldurma proseslərinin istifadəsi daxildir. Pivə
istehsalçıları ənənəvi inqrediyentlərə (səməni, mayaotu, maya və
su) əlavə olaraq müxtəlif meyvələr, ədviyyatlar, həmçinin digər
inqrediyentləri əlavə etməklə təcrübə aparır, unikal ləzzətə malik
pivə istehsal etməyə nail olurlar. Bu isə pivə istehsalının
sərhədlərini aşmağa imkan verir. Məsələn, pivə istehsalında
giləmeyvə, sitrus meyvələri, qəhvə, şokolad, çili bibəri və bir çox
başqa maddələr getdikcə daha çox istifadə olunur.

Alkoqolsuz pivə – yeni həyat tərzi

Alkoqollu içkiyə alternativ

İstehlakçılar təkcə dadla bağlı dəyişiklik istəmir. Son illərdə
spirtsiz içkilərə üstünlük verən insanların sayı artır. Bu maraq
alkoqolsuz pivə istehsalını stimullaşdırır. Ekspertlər 2024-cü ildə
dünyada alkoqolsuz pivə istehlakının 7,8 milyard litrə
yüksələcəyini gözləyir. 2025-ci ildə isə qlobal miqyasda alkoqolsuz
pivə bazarının 3,4% genişlənəcəyi proqnozlaşdırılır. 10-dan çox
yerli pivə istehsalçısının mövcud olduğu Azərbaycanda da eyni
tendensiya müşahidə edilir. Tələbatın yüksək olması səbəbindən
yerli pivə istehsalçıları istehlakçıların zövqünü oxşamaq,
keyfiyyətli məhsul istehsal etmək üçün yarışa girib. Hələlik ölkədə
müxtəlif çeşiddə pivə təqdim edən aparıcı pivə istehsalçılarından
yalnız biri alkoqolsuz pivə istehsalına nail olub. Alkoqolsuz pivə
adi pivədən spirtin tamamilə çıxarılması ilə istehsal olunan
içkidir.

Bəs alkoqolsuz pivə necə hazırlanır? Ümumiyyətlə pivə
istehsalında 4 komponentdən istifadə olunur: Arpa və ya səməni, su,
maya və mayaotu (Xmel). Pivə üçün əsas xammal səmənidir (arpa
maltası). Səməni arpanın xüsusi emal prosedurları ilə hazırlanır.
İstehsalda istifadə olunan suyun keyfiyyəti çox önəmlidir. Mayadan
fermentasiya prosesində istifadə olunur. Mayaotu (Xmel) isə pivəyə
acılıq və aroma verir.

Pivə səməninin emalı, filtrasiya, qaynama, mayaotu əlavəsi,
soyutma, fermentasiya və qablaşdırma proseslərindən keçməklə
istehsal olunur. Əvvəlcə səməni əzilir və dənli məhsullar şəkərli
suya çevrilir. Əzilmədən sonra səməni istilik altında su ilə
qarışdırılır və müəyyən bir temperaturda saxlanılır. Bu proses
zamanı fermentlər nişastaları şəkərə çevirir. Filtrasiya
mərhələsində üyütmə zamanı əmələ gələn şəkərli maye (şirə) dənli
məhsullardan ayrılır. Daha sonra şəkərli maye qaynadılır və mayaotu
əlavə olunur. Bu, həm sterilizasiya məqsədilə, həm də dad və aroma
üçün edilir. Sonradan qaynadılmış maye soyudulur və fermentasiya
tanklarına köçürülür. Maya əlavə olunur və maye müəyyən müddət
fermentasiya edilir. Hər mərhələdə məhsulun keyfiyyəti diqqətlə
yoxlanılır. Fermentasiya tamamlandıqdan sonra pivə filtr edilir və
şüşə, dəmir banka, PET (plastik butulka) və ya çəlləklərə
doldurulur. İstehsal prosesini izləmək və idarə etmək, məhsulun
keyfiyyətinin, eləcə də səmərəliliyi artırmaq üçün ən son
texnologiyalardan istifadə olunur, ətraf mühitin mühafizəsi
məqsədilə ekoloji dost texnologiyaların tətbiq edilir. Carlsberg
Group-un son araşdırmaları nəticəsində xüsusi maya növü tam
alkoqolsuz pivə istehsal etməyə imkan yaradır. Məhz bunun
nəticəsində 2024-cü ildə Xırdalan 0.0 ilk yerli 0.0 alkoqollu
pivəsini təqdim edib. Yerli arpadan istifadə edilməklə istehsal
olunan Xırdalan 0.0 pasterizə olunmuş açıq rəngli alkoqolsuz
pivədir. Tərkibində konservant yoxdur. Bu amillər cazibədar dizayna
malik, keyfiyyətli mayadan hazırlanmış zəngin ətirli və nəfis dadlı
lageri artıq istehlakçıların sevimli sərinləşdirici içkisinə
çevirir. Üstəlik, alkoqolsuz pivəni istehlakçılar sükan arxası,
həftə içi iş saatlarında, əsasən də nahar vaxtı rahatlıqla içə
bildiklərindən spirtsiz pivəyə gündən-günə tələbat artır. Bu,
spirtli içkilərə alternativ axtaranlar üçün yaxşı seçimdir.

Beləliklə, alkoqolsuz pivə və bütövlükdə pivə sənayesi dəyişən
istehlakçı seçimlərinə uyğunlaşması və yeni texnologiyaların
tətbiqi ilə pivə istehsalında inqilab edir. Bu tendensiyalar və
proqnozlar göstərir ki, pivə istehsalı sənayesi yeniliklərə davam
edəcək.

Pivə istehsalı prosesi haqqında daha çox öyrənmək istəyirsən? O
zaman Carlsberg Azerbaijan zavoduna pulsuz ekskursiyaya yazıl və
keyfiyyətli pivənin necə istehsal olunduğunu öz gözlərinlə gör.
Ekskursiyalara yazılmaq üçün şirkətin elektron
poçtuna
və ya korporativ
səhifələrinə
müraciət edə bilərsiniz.