Bakı. Trend:
Bakıda kafedə yanğın olub.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi
məlumat yayıb.
Bildirilib ki, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 140
m² olan kafenin mətbəx əşyaları 20 m² sahədə, 1 ədəd plastik
qapı-pəncərə çərçivəsi və lambirdən ibarət tavan 80 m² sahədə
yanıb.
Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın
yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.





























