Bakı. Trend:
Son bir həftədə Xankəndi şəhəri ərazisindən xeyli sayda
silah-sursat aşkarlanıb.
Trend xəbər verir ki, bu
barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, 15-21 iyunda polis əməkdaşları tərəfindən
Xankəndi şəhəri ərazisindən 14 avtomat silahı, 5 tüfəng, 12
qumbara, 1 qumbaraatan, 14 alışdırıcı, 26 patron darağı, 400 ədəd
müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq
götürülüb.





























