Bakı. Trend:
Quldurluq əməlində şübhəli bilinən qrupun digər üzvü müəyyən
olunaraq saxlanılıb.
DİN-dən Trend-ə verilən
xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə iyunun
18-də axşam saatlarında Binəqədi rayonu ərazisində bir qadının
içərisində 5000 manat pulu olan əl çantasını quldurluq yolu ilə
talamaqda şübhəli bilinən qrupun digər üzvü Əbdül Əjdərov da
müəyyən olunaraq saxlanılıb.
Xatırladaq ki, bundan əvvəl Polis əməkdaşlarının keçirdikləri
tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən Elnur
Məcidzadə və bir qadın saxlanılıb.





























