Advertisement

Təkrar sertifikasiya imtahanında səhv sual aşkarlanmayıb

Bakı. Trend:

İyunun 8-də keçirilən təhsilverənlərin təkrar
sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində təqdim
olunan suallarla bağlı müraciətlər araşdırılıb və səhv sual
aşkarlanmayıb.

Bu barədə Trend-ə Təhsil
İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən məlumat
verilib.

Qeyd olunub ki, təkrar sertifikatlaşdırma prosesinin test
imtahanı mərhələsi üzrə 449-u məzmun, 632-si texniki məsələ
olmaqla, ümumilikdə 1081 apellyasiya müraciəti daxil olub. Test
imtahanı mərhələsində təqdim olunan suallarla bağlı müraciətlər
araşdırılmış və səhv sual aşkarlanmayıb.

Apellyasiya müraciətləri barədə məlumat müəllimlərin şəxsi
kabinetlərinə göndərilib. Müəllimlər portal.edu.az platformasının
“Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla apellyasiya nəticələri
ilə tanış ola bilərlər.