Advertisement

Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsinin həcmi azalıb?

Bakı. Trend:

Bu ilin yanvar-may aylarında Azərbaycanla İtaliya arasında
ticarət əməliyyatlarının həcmi 4 milyard 409 milyon 619 min ABŞ
dolları təşkil edib.

Bu barədə Trend-ə Dövlət
Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 42%
azdır.

Hesabat dövründə İtaliya ilə ticarət dövriyyəsi Azərbaycanın
ümumi ticarət dövriyyəsinin 23,91%-i həcmində olub.

Beş ayda Azərbaycan İtaliyaya 4 milyard 228 milyon 930 min ABŞ
dolları dəyərində məhsul ixrac edib ki, bu da illik müqayisədə 43%
azdır. Bu dövrdə Azərbaycanın ümumi məhsul ixracının 37,97%-i
İtaliyanın payına düşüb.

Yanvar-may aylarında Azərbaycan İtaliyadan məhsul idxalını illik
müqayisədə 1,3% artıraraq 180 milyon 689 min ABŞ dollarına
çatdırıb. Dövr ərzində İtaliya ilə idxal əməliyyatları ölkənin
ümumi idxalının 2,47%-ni təşkil edib.