Advertisement

Xalq Bank və “Baku City Residence” xüsusi kobrend Visa kartını təqdim ediblər

Bakı. Trend:

Xalq Bank və “Baku City Residences” şirkəti yeni əməkdaşlıq
layihəsinə imza atıblar. Belə ki, xüsusi imtiyazlara malik yeni
“Sakin Kart” premium ko-brend kartı “Baku City Residences”
sakinlərinin istifadəsinə verilib.

Visa beynəlxalq ödəniş sistemi tərəfindən dəstəklənən “Sakin
Kart” Visa Platinum və Visa İnfinite olmaqla təqdim edilir.
Sakinlər kartın müxtəlif loyallıq imkanlarından faydalana
biləcəklər. Belə ki, “Sakin kart” həm ölkə daxilində, həm də
xaricdə aparılan nağdsız ödənişlərdən 2% keşbek qazandırmaqla
yanaşı, kartdakı vəsaitin qalığına illik 5 %-lə əlavə gəlir
hesablanır. Kartla istənilən bankın bankomatlarında vəsait
nağdlaşdırmaq, ölkədaxili bütün kartlara komissiyasız köçürmə etmək
və digər nağdsız əməliyyatlar aparmaq mümkündür.

Eyni zamanda, “Sakin Kart” vasitəsilə tərəfdaş şəbəkələrindən
alış-veriş zamanı 40%-dək keşbək və digər endirimlərdən yararlanmaq
olar.

“Sakin Kart” vasitəsilə Visa ödəniş sisteminin təqdim etdiyi
dünyanın istənilən nöqtəsində premium xidmətlərdən rahatlıqla
faydalanmaq mümkündür. Bu kartlarla səfər zamanı tibbi dəstək
xidməti, 24/7 peşəkar Visa konsyerj servisi, LoungeKey proqramı
çərçivəsində müxtəlif hava limanlarının biznes zallarına ödənişsiz
keçid, hava limanlarında pulsuz sürətli keçid (Fast Track),
müxtəlif ölkələrə viza alınması dəstəyi və havalimanlarına pulsuz
transfer xidmətindən istifadə etmək olar.

2004-cü ildə əsası qoyulan Xalq Bank qısa zamanda müştərilərin
etibarlı tərəfdaşına çevrilib. Hal-hazırda regionun ən dinamik
inkişaf edən maliyyə qurumlarından biri olan Xalq Bank, öz
müştərilərinə ən qabaqcıl və əlverişli xidmətləri təklif edir. Xalq
Bank peşəkar heyəti, geniş filial şəbəkəsi və onlayn servisləri ilə
hər zaman müştərilərin xidmətindədir.

“Baku City Residences” Azərbaycan daşınmaz əmlak bazarında 10
illik zəngin təcrübəyə malik olan bir brenddir. Müasirliyi və
komfortu özündə birləşdirən “Baku City Residences”, müştərilər üçün
ehtiyac duyulan xidmətləri vahid məkanda əlçatan edir. “Baku City
Residences” qısa müddət ərzində düşünülmüş rahatlığı ilə seçilən
“Baku City Residences Olimpik”, “Baku City Residences Khatai”,
“Bayıl Bay”, “Yacht Club Residences”, “Şuşa Residences” kimi
layihələrə imza atıb.

Visa (NYSE: V) rəqəmsal ödənişlər sahəsində dünya lideridir və
dünyanın 200-dən çox ölkə və ərazisində istehlakçılar, biznes,
maliyyə və hökumət təşkilatları arasında həyata keçirilən maliyyə
əməliyyatlarını dəstəkləyir. Şirkətin missiyası innovativ, rahat,
etibarlı və təhlükəsiz ödəmə şəbəkəsi vasitəsilə dünyanı
birləşdirməklə istehlakçıların rifahına xidmət etmək, biznes və
iqtisadiyyat üçün davamlı inkişaf imkanlarını təmin etməkdir.