
Bakı. Trend:
“Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində Yelo Bank
təşəbbüskar addımlarını davam etdirir. Bank bu dəfə Azərbaycan
Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə keçirilən
“Eko Dilçilik” mövzusunda Xarici Dil Müəllimlərinin II Beynəlxalq
Forumuna dəstək olub. Forum ekoloji problemlərlə mübarizə aparılan
dünyada yaşıl təşəbbüslərin irəliləyişində dilin əsas rolunu
araşdırmağa yönəlib. Bakı Konqres Mərkəzində təşkil olunan
beynəlxalq forumun açılışında UNEC rektoru professor Ədalət
Muradov, Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld
iştirak ediblər. Forum daha sonra mövzu ilə əlaqədar maraqlı
çıxışlar və UNEC-in Xarici Dillər Departamentinin direktoru, dos.
Aysel Xəlilovanın moderatorluğu altında panel müzakirə ilə davam
edib. 400-dən çox iştirakçının qatıldığı forumun ikinci hissəsində
dilçilik və ətraf mühitin öyrənilməsi sahələri ilə bağlı
təqdimatlar olub.
Qeyd edək ki, Yelo Bank ötən il keçirilmiş Xarici Dil
Müəllimlərinin I Beynəlxalq Forumuna dəstək olmuşdu. Ötən il
forumun mövzusu “Xarici dilin öyrənilməsində İnnovativ
Strategiyalar” idi və Ümummilli Lider Heydər Əliyevin 100 illik
yubileyinə həsr olunmuşdu. Korporativ Sosial Məsuliyyət
strategiyasına uyğun olaraq fəal təhsil dəstəkçisidir. Bank,
təhsilimizin parlaq gələcəyinə yönəlmiş təşəbbüslərini və
universitetlərlə aktiv əməkdaşlığını davam etdirəcək.
İpoteka krediti ilə (https://www.yelo.az/az/individuals/loans/ipoteka-krediti/)
ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!



























