Advertisement

Türkiyə limanları 5 mindən çox gəmi qəbul edib

Bakı. Trend:

Bu ilin may ayında Türkiyə limanları 5 min 289 gəmi qəbul
edib.

Trend-in TurkicWorld-ə istinadən
xəbərinə görə, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur
Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin
bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 566, Türkiyə
bayrağı altında qəbul edilən gəmilərin sayı isə min 723 olub.

2024-cü ilin yanvar-may aylarında Türkiyə limanları 23 min 770
gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən
digər ölkələrin bayraqları altında olan gəmilər 16 min 272, Türkiyə
bayrağı altında olan gəmilər isə 7 min 498 olub”, – deyə
nazirlikdən bildirilib.