Bakı. Trend:
“Naxçıvanbank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi
yığıncağının qərarı, Azərbaycan Mərkəzi Bankına müraciət və Mərkəzi
Bankın qabaqcadan yazılı razılığına əsasən “Naxçıvanbank” ASC-nin,
“E-kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-yə çevrilmə formasında
yenidən təşkili prosesinə başlanıb.
Trend bu barədə “Naxçıvan
Bank”a istinadən xəbər verir.
Qeyd edilib ki, “Naxçıvanbank” ASC-nin kreditorlarından xahiş
olunur ki, 24 iyun 2024 tarixindən 24 avqust 2024 tarixinə kimi 60
təqvim günü müddətində tələblərinin qeydə alınması üçün aşağıdakı
ünvanlara bank iş günləri saat 10.00-dan 17.00-a kimi müraciət
etsinlər:
Naxçıvan MR, Naxçıvan şəhər, C.Məmmədquluzadə küçəsi, 27 (Baş
ofis)
Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər, Fəvvarələr küç.,1 (Bakı
filialı)



























