Advertisement

Ağsu dolaylarında yabanı halda bitən iki tona yaxın çətənə kolu məhv edildi

Bakı. Trend:

Ağsu dolaylarında yabanı halda bitən 1,6 ton çətənə kolu məhv
edilib.

Trend xəbər verir ki, Ağsu
Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş – 2024”
şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər
nəticəsində Ağsu dolaylarında yabanı halda bitən narkotik tərkibli
bitkilər aşkar edilib.

Ümumi çəkisi 1 ton 650 kiloqram olan 3127 ədəd çətənə kolu
yandırılaraq məhv edilib.