Advertisement

Sabahın hava PROQNOZU – Trend.Az

Bakı. Trend:

İyunun 24-də gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, sabah Bakıda və
Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,
əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gündüz qısamüddətə havanın tutulacağı, az yağış yağacağı
ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu
gecə 20-24° isti, gündüz 28-33° isti olacaq.

İyunun 24-də Azərbaycanın rayonlarında hava şəraiti əksər
rayonlarda əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq və
dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı
gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli
olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə
arabir duman olacaq. Şərq küləyi bəzi dağlıq ərazilərdə arabir
güclənəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 31-36° isti,
dağlarda gecə 8-13° isti, gündüz 19-24° isti olacaq.