Advertisement

Azərbaycan çaylarında faktiki vəziyyət açıqlanıb

Bakı. Trend:

Azərbaycan çaylarında faktiki vəziyyət açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə bildiriblər ki, iyunun 23-ü saat
11:00-a olan məlumatına əsasən, ölkə ərazisində yağan intensiv
yağıntılarla əlaqədar Lənkəran Astara bölgəsinin ərazisindən axan
Lənkərançayda suyun səviyyəsi 6, Viləşçayda 2, Balakən-Şəki bölgəsi
ərazisindən axan Katexçayda 3, Əyriçayda 120, Qarasuçayda 103,
Qusar rayonu ərazisindən axan Qusarçayda 43, Qarabağ və Şərqi
Zəngəzur bölgəsinin ərazisindən axan Bərgüşadçayda və Oxçuçayda 1,
Həkəriçayda isə 4 sm artım müşahidə olunub.

Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin
direktoru Asif Verdiyev bildirib ki, gecə saatlarında Şəki rayonu
ərazisindən axan Şinçaydan sel keçib.

Hazırda çayda azalma müşahidə olunur.