Advertisement

Dağlıq ərazilərdə küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

Bakı. Trend:

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib.

Bu barədə Trend
Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Məlumata əsasən, iyunun 23-25-də gündüz saatlarında bəzi dağlıq
ərazilərdə küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya
Xidməti tərəfindən sarı xəbərdarlıq edilib.

Bildirilib ki, qısa müddətə Naxçıvan, Culfa, Ordubad, Daşkəsən,
Gədəbəy, Qobustan, Xızı rayonlarında sarı xəbərdarlığa uyğun olaraq
küləyin sürəti 13.9-20.7 metr/saniyə təşkil edəcək.