Advertisement

Bakının dörd rayonunun qaz təchizatında fasilə yaranacaq

Bakı. Trend:

Bakının Sabunçu, Xətai, Nərimanov və Qaradağ rayonları
ərazisindəki qaz xətlərində görüləcək təmir-quraşdırma işləri ilə
əlaqədar bu gün saat 10:00-dan qaz təchizatının dayandırılması
planlaşdırılır.

Bu barədə Trend-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR)
“Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Təmir-quraşdırma işləri aparılan zaman Sabunçu rayonu üzrə
Maştağa qəsəbəsinin Daş karxanası, Subtropik sovxoz ərazisi və
“Maştağa-Gülçülük” yaşayış massivinin, Xətai rayonu üzrə Cavanşir,
Qədir Məmmədov, Ramiz Quliyev, Sadıqcan küçələrinin, Nərimanov
rayonu üzrə Ziya Bünyadov prospektinin, Qaradağ rayonu üzrə isə
Səngəçal, Əzimkənd, Umbakı qəsəbələrinin və Yol evləri, Bağ evləri
yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə
yaranacaq.