Advertisement

Mobil telefon oğurlamaqda şübhəli bilinən şəxslər saxlanıldı

Bakı. Trend:

İyunun 21-də Şıx çimərliyində bir qadının içərisində mobil
telefonu olan çantasının oğurlanması barədə polisə məlumat daxil
olub.

Trend xəbər verir ki, bu barədə Daxili işlər Nazirliyi məlumat
yayıb.

Bildirilib ki, Səbail Rayon Polis İdarəsi 41-ci Polis Bölməsi
əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə
şübhəli bilinən Sənan Zeynalov müəyyən olunaraq saxlanılıb.

Səbail RPİ 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri
tədbirlərlə rayon əraizisində yerləşən marketlərin birində qadına
məxsus mobil telefonu oğurlamaqda şübhəli bilinən 2 yeniyetmə
saxlanılıb.

Nərimanov RPİ 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri
tədbirlərlə rayon ərazisində yerləşən avtoyuma məntəqəsində bir
nəfərin 3500 manat dəyəri olan mobil telefonunu oğurlamaqda şübhəli
bilinən əvvəllər məhkum olunmuş Ramel Səfərov saxlanılıb.

Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri
tədbirlərlə rayon ərazisində yerləşən kafedə bir nəfərin mobil
telefonunu oğurlamaqda şübhəli bilinən Valeh Şıxəliyev və Orxan
Xurşudlu saxlanılıblar.

Faktlarla bağlı araşdırma aparılır.