Advertisement

Parlament və Azadlıq prospektlərində hərəkət qismən məhdudlaşdırılır

Bakı. Trend:

Paytaxtın Parlament və Azadlıq prospektlərində hərəkət qismən
məhdudlaşdırılır.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları
Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, aparılan təmir işləri ilə əlaqədar olaraq Bakı
şəhəri, Parlament prospektində (Mehdi Hüseyn küçəsindən Mikayıl
Müşfiq küçəsinədək) 25 iyun saat 08:00-dan, Azadlıq Prospektində
(Mixail Kaveroçkin küçəsindən Cəfər Xəndan küçəsinədək) isə 25 iyun
saat 23:00-dan hərəkət qismən məhdudlaşdırılacaq.

Sözügedən prospektlərdə hərəkətin qismən məhdudlaşdırılması
təmir işləri bitənədək qüvvədə olacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir
müddətində sözügedən hissələrdə hərəkətdə olarkən diqqətli
olmaları, təmir ərazilərində qoyulacaq müvəqqəti yol nişanlarının
tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş
olunub.