
Bakı. Trend:
Azərbaycanın Qarabağ bölgəsinin və digər suveren ərazilərinin
Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunduqdan sonra
yaradılmış qondarma qurumun separatçı rəhbərləri barəsində olan
cinayət işləri yaxın vaxtlarda məhkəməyə göndəriləcək.
Trend xəbər verir ki, bu sözləri Baş Prokuror Kamran Əliyev
Xankəndi şəhərində keçirilən “Ətraf Mühitin Gücləndirilməsində
Maarifləndirmə və Hüquq Mühafizə Tədbirlərinin rolu” mövzusunda
elmi-praktiki konfransda deyib.
O bildirib ki, artıq 15 nəfərlə bağlı istintaq hərəkətləri başa
çatıb:
“Hazırda təqsirləndirilən şəxslər, vəkillər və zərərərçəkmiş
şəxslər cinayət işi materialları ilə tanış olurlar. Tanış olma
mərhələsi başa çatandan sonra, ittiham aktı məhkəməyə
göndəriləcək”.





























