Advertisement

Sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi yekunlaşdı

Bakı. Trend:

Təhsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı
mərhələsi yekunlaşdı.

Bu barədə Trend-ə Təhsil İnstitutunun nəzdində İnsan
Resursları Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, 21, 22, 24 iyun tarixlərində təşkil olunan
sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi ölkənin 18
müxtəlif şəhər və rayonu üzrə ümumilikdə 27 imtahan mərkəzini əhatə
edib.

Test imtahanlarında 23 448 müəllim iştirak edib. İmtahanlarda
97,5% davamiyyət qeydə alınıb.

Qeyd edək ki, sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi
avqust ayında təşkil olunacaq və bu barədə ətraflı məlumat
müəllimlərin şəxsi kabinetlərinə göndəriləcək.