
Bakı. Trend:
“Nar” ali məktəblərə qəbul imtahanlarında ən yüksək bal toplayan
abituriyentləri hər il olduğu kimi bu il də mükafatlandıracağını
elan edir. Ən yüksək nəticə göstərən gənclər mobil operator
tərəfindən xüsusi mükafatlarla təltif olunacaqlar.
Müasir təhsildə texnologiyanın gücünə inanan “Nar” tezliklə
universitet tələbələrini daha rahat ünsiyyət üçün smartfonlar və
yüksək məbləğdə balansı olan xüsusi mobil nömrələrlə
mükafatlandıracaq. Bu hədiyyələr tələbələrin universitet həyatına
daha rahat inteqrasiyasını təmin edəcək və onlar üçün yeni öyrənmə
imkanları açacaq.
“Nar” 2018-ci ildən etibarən qəbul imtahanlarında maksimum bal
toplayan tələbələri mükafatlandırır. Mobil operator BMT-nin
davamlılıq məqsədlərinə uyğun olaraq, KSM strategiyasının əsas
istiqaməti kimi təhsilə dəstəyə xüsusi diqqət göstərir və bu gün
təhsili təşviq etməklə sabahın daha parlaq gələcəyinə töhfə verir.
“Nar”ın həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat üçün
nar.az saytına daxil ola bilərsiniz.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək
keyfiyyətli rabitə xidmətləri göstərməkdədir və son 5 ildir ki,
Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur.
Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq
sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.





























