Advertisement

Azərbaycanda gəmilərlə daşınan sərnişinlərin sayı açıqlandı

Bakı. Trend:

2024-cü ilin yanvar-may aylarında Azərbaycanda dəniz nəqliyyat
növü ilə daşınmış sərnişinlərin sayı 2023-cü ilin müvafiq dövrünə
nisbətən 26,7 faiz artaraq 10,9 min nəfər olub.

Bu barədə Trend
Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd olunan dövr ərzində dəniz nəqliyyatı ilə daşınmış yüklərin
həcmi 3337,9 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə
nisbətən 6,7 faiz azalıb. Yüklərin 50,0 faizini neft yükləri təşkil
edib.

Dəniz limanları tərəfindən 5576,4 min ton həcmində
yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 4468,0 min
tonunu və ya 80,1 faizini tranzit yüklər təşkil edib. 2024-cü il
iyun ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 280,1
min ton olub.