Bakı. Trend:
Şabranda evə basqın edən şəxslərdən daha biri saxlanılıb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə bildirilib ki, polis əməkdaşları
tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli
bilinən digər şəxs – əvvəllər məhkum olunmuş 1978-ci il təvəllüdlü
Murad Məmmədov saxlanılıb.
Xatırladaq ki, İyunun 24-də Şabran rayonunda fərdi yaşayış
evlərindən birində Hüseynova Gülnarə Şıxkərəm qızının kəsici alətlə
yetirilən xəsarətlərdən ölməsi, həyat yoldaşı Hüseynov Arif Qaspar
oğlunun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.
xxx
10:11
Şabranda evə hücum edilib.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin
Quba regional qrupundan bildirilib.
Qeyd edilib ki, iyunun 24-də Şabran rayonunda fərdi yaşayış
evlərindən birində Hüseynova Gülnarə Şıxkərəm qızının kəsici alətlə
yetirilən xəsarətlərdən ölməsi, həyat yoldaşı Hüseynov Arif Qaspar
oğlunun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət
əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunan 1983-cü
il təvəllüdlü Fərzəliyev Elçin Məmmədağa oğlu saxlanılıb, digər
şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.
Əlavə məlumat veriləcək.





























