Advertisement

Güləşçimiz Avropa çempionatının finalına vəsiqə qazanıb

Bakı. Trend:

Bu gün Serbiyanın Novi Sad şəhərində güləş üzrə U-17 Avropa
çempionatı start götürüb.

Trend İdman.biz-ə istinadən
xəbər verir ki, ilk yarış günündə 48, 55, 65, 80 və 110 kq-da yer
alan yunan-Roma güləşçiləri xalçaya çıxıb.

Əmrah Əmrahov (48 kq) yunanıstanlı Pavlos Tsentidisə və
ermənistanlı Andranik Xaçatryana eyni hesabla (9:0) qalib gələrək
yarımfinala yüksəlib. Əmrah yarımfinalda isveçli Santoş
Sarmalinqamdan da güclü olub – 6:0. Əmrahov sabah finalda rusiyalı
Nikolay Kristovla qarşılaşacaq.

Əli Nəzərov (55 kq) startda ermənistanlı Aleksandr Aydoyevi
(5:0), daha sonra serbiyalı Kristian Dobiyə tam üstünlüklə (9:0)
qalib gəlib. Əli finalın bir addımlığında bolqarıstanlı Alyoşa
İliyevə sonuncu xal prinsipinə görə (1:1) məğlub olub. O, sabah
bürünc medal uğrunda güləşəcək.

İsbəndiyar İmanov (65 kq) latviyalı Yaromirs Jukovsu vaxtından
əvvəl (8:0), estoniyalı Robi Kristyuhanı isə sonuncu xal prinsipinə
əsasən (1:1) mübarizədən kənarlaşdırıb. İmanov 1/4 finalda
almaniyalı Kevin Karlla bacarmayıb – 4:12.

Orxan Hacıyev (80 kq) yunanıstanlı Vasileyos Semertzidisə tam
üstünlüklə (10:1) qalib gəldikdən sonra 1/4 finalda serbiyalı Duşan
Stokiçdən də güclü olub (6:1). Yarımfinalda sonuncu xal prinsipinə
əsasən (5:5) türkiyəli Yiğit Sarıya məğlub olan Hacıyev bürünc
medal uğrunda güləcək.

110 kq çəkidə yarışan Mikayıl İsmayılov ilk görüşdə finlandiyalı
Aleksandr Saramaekini vaxtından əvvəl (9:0) mübarizədən
kənarlaşdırıb. 1/4 finalda gürcüstanlı Luka Şavadzeni (4:1) də
məğlub edən güləşçimiz yarımfinalda ukraynalı İvan Yankovskiyə
uduzub (0:8). Mikayıl da sabah üçüncü yer uğrunda mübarizə
aparacaq.