Advertisement

AFFA iki kluba texniki məğlubiyyət verib

Bakı. Trend:

“Neftçi” və “Qarabağ”ın aşağı yaş qrupları üzrə komandalarının
oyunları xoşagəlməz hadisələrlə yadda qalıb.

Trend İdman.biz
istinadən xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti
açıqlayıb.

U-16 Liqasının “Neftçi” – “Qarabağ” matçında meydan sahiblərinin
futbolçusu Kamil Məmmədov rəqibi aşkar qol vurmaq imkanından məhrum
etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. O, bu
üzdən 1 oyun cəzalandırılıb.

Onun komanda yoldaşı Rauf Abbaslı qarşılaşma bitdikdən sonra
təcavüzkar davranışa görə qırmızı vərəqə alıb. Futbolçu iki matçlıq
diskvalifikasiya edilib.

U-15 Liqasının “Qarabağ” – “Neftçi” görüşündə meydan sahiblərinin
qapıçısı Bilal Hacıyev rəqibi aşkar qol vurmaq imkanından məhrum
etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. O, 1
oyun cəzalandırılıb.