Bakı. Trend:
“Turan Tovuz” komandasının yeni baş məşqçisi açıqlanıb.
Klubdan Trend-ə verilən məlumata görə, aparılan danışıqlardan
sonra Kurban Berdıyevlə 2+1 illik müqavilə imzalanıb.
Daha çox Rusiya təmsilçisi “Rubin”dəki uğurları ilə tanınan
mütəxəssis Qazaxıstanda “Kayrat”, “Taraz”, Türkiyədə
“Gənclərbirliyi” , Türkmənistanda “Nisa” və əsas milli komanda,
İranda “Traktor”, Rusiyada “Rostov”, “Soçi”, “Dinamo” (Mahaçqala)
komandalarına rəhbərlik edib.
PRO kateqoriyalı məşqçi “Rubin”lə 2 dəfə Rusiya çempionu olmaqla
yanaşı, 2 dəfə ölkə Superkuboku, 1 dəfə isə ölkə kubokuna sahib
olub. O, 2020-2021-ci illər mövsümdə “Kayrat”la Qazaxıstan Kubokunu
başı üzərinə qaldırıb.





























