Advertisement

“Neftçi”yə yeni baş icraçı direktor təyin edildi

Bakı. Trend:

“Neftçi”də yeni təyinat gerçəkləşib.

Trend İdman.biz
istinadən xəbər verir ki, bunu Bakı klubunun mətbuat xidməti
açıqlayıb.

Paytaxt təmsilçisinin baş icraçı direktoru postu türkiyəli
funksioner Cenk Sümerə tapşırılıb. İstanbul nəhənglərindən biri
“Beşiktaş”ın idarəetmə sistemində çalışmış mütəxəssis klubun
yenidənqurma və inkişaf, futbol idarəçiliyi, marketinq və biznesin
inkişafı departamentlərində rəhbər vəzifələrdə fəaliyyət göstərib.
O, həmçinin, klubun vitse-prezidenti vəzifəsini tutub.

Həm idman, həm menecment sahələrində zəngin təcrübəyə malik
Sümer “Neftçi”də əsasən strateji idarəetmə ilə məşğul olacaq.
İdarəetmə sisteminin təkmilləşdirilməsi, başlamış islahatların
sürətləndirilməsi, klubun strukturunun optimallaşdırılması
mütəxəssisin qarşısına qoyulan tapşırıqlardandır. Türkiyəli
mütəxəssis Doğu Akdeniz Universitetində Biznesin idarəedilməsi
fakültəsində dosent, Marmara Universitetində İnsan resurslarının
idarəedilməsi və inkişafı üzrə magistr təhsili alıb.

Qeyd edək ki, Sümerə qədər bu vəzifəni Fərrux Mahmudov
tuturdu.