Bakı. Trend:
İngiltərənin “Brayton” klubunun baş məşqçisi Roberto De Dzerbi
üçün alacağı kompensasiya bəlli olub.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, Fransa “Marsel”i mütəxəssis üçün 6 milyon
avro ödəyəcək.
O, yeni klubu ilə 3 illik müqavilə imzalayacaq. De Dzerbi
2022-ci ilin sentyabrından Premyer Liqa təmsilçisinə rəhbərlik
edib.
Qeyd edək ki, “Brayton” ötən mövsümü 11-ci yerdə başa vurub.





























