
Bakı. Trend:
Niderland – Avstriya matçı çox maraqlı olacaq.
Trend istinadən xəbər verir
ki, bunu İdman.biz-ə Azərbaycan millisinin məşqçisi Arif Əsədov
deyib.
O, AVRO-2024-də bu gün baş tutacaq 4 matçı şərh edib.
Təcrübəli mütəxəssis bildirib ki, D qrupunda oynanılacaq
Niderland – Avstriya qarşılaşmasında komandaların şansı
bərabərdir:
“Hər ikisi növbəti mərhələyə yüksələ bilər. Avstriya turnirdə ən
yaxşı oyun göstərən komandalardan biridir. Sürətli və dinamik oyunu
ilə seçilir. Hollandlar da texniki baxımdan yaxşı təsir
bağışlayırlar. Buna görə hansı komandanın qalib gələcəyi barədə
danışmaq çətindir. Çünki bu gün qələbə üçün iki istəkli komanda
qarşılaşacaq”.
Əsədov vurğulayıb ki, eyni qrupda keçiriləcək Fransa – Polşa
matçında fransızlar favoritdirlər:
“Bu birmənalı şəkildə belədir. Lakin Polşanın da itirəsi bir
şeyi yoxdur. Ona görə rahat oyun olacaq. Sonda isə Fransa qalib
gələcək”.
Onun sözlərinə görə, C qrupunda baş tutacaq İngiltərə –
Sloveniya, Danimarka – Serbiya qarşılaşmaları da öz dinamikliyi və
maraqlı olması ilə seçiləcək:
“İlk dueldə ingilislər favoritdirlər. Bu səbəbdən qələbələrinə
inam böyükdür. Danimarka – Serbiya matçı isə bir az çətin olacaq.
Qarşılaşmanın heç-heçə ilə bitəcəyini gözləyirəm. Bu nəticədə
Danimarkaya sərf edir. Çünki onlar ikinci yerlə mərhələ adlaya
bilərlər”.
Qeyd edək ki, qarşılaşmalar saat 20:00-dan start götürəcək.





























