
Bakı. Trend:
Bu gün Avro-2024-də qrup mərhələsində 3-cü turun növbəti
oyunları keçiriləcək.
Trend xəbər verir ki, bu gün 4 matç oynanılacaq. D qrupunda
Niderland Avstriya, Fransa Polşa ilə üz-üzə gələcək. Hər iki görüş
Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
C qrupunda isə İngiltərə Sloveniya ilə, Danimarka Serbiya ilə
qarşılaşacaq. Sözügedən oyunlara Bakı vaxtı ilə saat 23:00-da start
veriləcək.
25 iyun
D qrupu, 3-cü tur
20:00. Niderland – Avstriya
Baş hakim: İvan Krujlyak (Slovakiya)
Berlin Olimpiya Stadionu
20:00. Fransa – Polşa
Baş hakim: Marko Quida (İtaliya)
Dortmund, “Siqnal İduna Park”
| N | Komandalar | O | Q | H | M | T-F | X |
| 1 | Niderland | 2 | 1 | 1 | 0 | 2-1 | 4 |
| 2 | Fransa | 2 | 1 | 1 | 0 | 1-0 | 4 |
| 3 | Avstriya | 2 | 1 | 0 | 1 | 3-2 | 3 |
| 4 | Polşa | 2 | 0 | 0 | 2 | 2-5 | 0 |
C qrupu, 3-cü tur
23:00. İngiltərə – Sloveniya
Baş hakim: Klement Turpin (Fransa)
Köln, “Reyn Enerqi” stadionu
23:00. Danimarka – Serbiya
Baş hakim: Fransua Leteksye (Fransa)
Münhen, “Alyans Arena”
| N | Komandalar | O | Q | H | M | T-F | X |
| 1 | İngiltərə | 2 | 1 | 1 | 0 | 2:1 | 4 |
| 2 | Danimarka | 2 | 0 | 2 | 0 | 2:2 | 2 |
| 3 | Sloveniya | 2 | 0 | 2 | 0 | 2:2 | 2 |
| 4 | Serbiya | 2 | 0 | 1 | 1 | 1:2 | 1 |





























