
Bakı. Trend:
Müəllimlərin sertifikatlaşdırılması prosesinin iyunun 21, 22 və
24-də keçirilmiş test imtahanı mərhələsinin nəticələri ilə bağlı
apellyasiya müraciətlərinin qəbuluna start verilib.
Trend-in
məlumatına görə, bu barədə Təhsil İnstitutunun İnsan Resursları
Mərkəzindən məlumat verilib.
Müəllimlər “portal.edu.az” platformasının “Sertifikatlaşdırma”
bölməsinə daxil olmaqla müraciətlərini ünvanlaya bilərlər.
Qeyd edək ki, müəllimlər 1 ay müddətində şəxsi kabinetləri
vasitəsilə apellyasiya müraciəti edə bilərlər. Müraciətlərin
təhlilindən sonra yekun nəticələr elan ediləcək.





























