Bakı. Trend:
Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.
Trend xəbər verir ki, hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsində
qeydə alınıb.
Elvin Qasımov idarə etdiyi “Ravon Nexia” markalı avtomobillə
yolu keçən piyada Qabil Kərimovu vurub. Piyada aldığı xəsarətlərdən
xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun
həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanılıb.





























