Bakı. Trend:
Bu gün Bakının Xəzər, Qaradağ, bundan başqa Abşeron, Ağsu və
Göyçay rayonlarında qaz təchizatı dayandırılacaq.
Trend xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.
Bildirilib ki, Xəzər, Qaradağ, Abşeron və Göyçay rayonlarındakı
qaz xətlərində görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar
iyunun 25-də saat 09:00-dan qaz təchizatının dayandırılması nəzərdə
tutulub.
Təmir işləri aparılan müddətdə Xəzər rayonunun (Mərdəkan bağlar,
Stansiya Qala və Mərdakan yeni yaşayış massivlərinin), Qaradağ
rayonunun (Lökbatan qəsəbəsi), Abşeron rayonunun (Qobu qəsəbəsi)
bir hissəsinin, eləcə də, Göyçay şəhəri daxil olmaqla rayonun 25
kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bundan başqa, “Qaz İxrac” İdarəsinə məxsus “Masazır” yüksək
təzyiqli tənzimləmə məntəqəsində baypas xəttində 2 ədəd siyirtmənin
quraşdırılması və 1 ədəd siyirtmənin dəyişdirilməsi,
“Qazıməmməd-Qazax” yüksək təzyiqli magistral qaz kəmərindən
“Kəndoba” qaz paylayıcı stansiyaya çəkilmiş yüksək təzyiqli qol qaz
xəttinin qaz nəqli sisteminə birləşdirilməsi ilə bağlı bu gün saat
09:00-dan işlər başa çatanadək qaz təchizatının dayandırılması
planlaşdırılır.
Təmir müddətində Abşeron rayonunun (Masazır qəsəbəsi və Yeni
yaşayış massivi və qeyri-yaşayış sahələri), həmçinin, Ağsu
rayonunun (rayonun 10 kəndi və qeyri-yaşayış sahələri) bir
hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.





























