Bakı. Trend:
Bakıda 15 yaşlı qız itkin düşüb.
Trend xəbər verir ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində
yaşayan Minəvvər Kərimli Sabunçu Rayon Polis İdarəsinə müraciət
edərək, qızı, 2009-cu il təvəllüdlü X.M.-nin evdən çıxdığını və
geri qayıtmadığını bildirib.
Faktla bağlı araşdırma aparılır.





























