Bakı. Trend:
Enerji doldurulması üçün müəyyən edilmiş parklanma yerlərində
enerji doldurmaq məqsədilə elektrik mühərrikli nəqliyyat
vasitələrinin durması istisna olmaqla, nəqliyyat vasitələrinin
parklanması üçün cərimə 20 manat nəzərdə tutulub. Bu, çox
azdır.
Trend xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən
iclasında deputat Naqif Həmzəyev deyib.
Deputat bildirib ki, enerji doldurma məntəqələrinin sayı azlıq
təşkil edir.
“Hər hansı şəxs avtomobilini orada saxlayıb gedir. Gün ərzində
parklanmaya görə 20 manata yaxın pul ödəyirik. O baxımdan
düşünürlər ki, bu cərimə bir şey edəsi deyil. O zaman xeyli sayda
elektrikli avtomobil enerji doldurmaqdan məhrum olur. Bu baxımdan,
həmin cəriməni 40 manat etsək, yaxşı olar”.





























