Advertisement

İmişlidə pirotexniki vasitələrin satışı ilə məşğul olan şəxs məsuliyyətə cəlb edilib

Bakı. Trend:

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlayıcı
və tezalışan maddələrin, pirotexniki vasitələrin satışının
qarşısının alınması istiqamətində tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional
qrupundan Trend-ə verilən məlumata görə, tədbirlərlə pirotexniki
vasitələrin satışını təşkil edən 1 nəfər müəyyən edilib. Həmin
şəxsdən müxtəlif növ partlayıcı və tezalışan maddələr aşkar
olunaraq götürülüb.

Araşdırmalar aparılır.