Advertisement

Ramazanın 11-ci gününün duası – İmsak və iftar vaxtı

Bakı. Trend:

Bu gün Ramazan ayının 11-ci günüdür.

Trend xəbər verir ki, martın 21-də imsak vaxtı saat 05:16-da,
iftar vaxtı isə 19:08-dədir.

On birinci günün imsak duası:

“Allahummə həbbib iləyyə fihil-ehsan və kərrih iləyyə
fihil-fusuqə vəl-isyan və hərrim ələyyə fihis-səхətə vən-niran
biaunikə ya ğiyasəl-mustəğisin!”

Tərcüməsi: “Allahım ehsan və yaхşılıq etməyi bu ayda mənə
sevdir, məndə əyrilik və itaətsizliklərə qarşı ikrah yarat, qəzəb
və alovlanan odu mənə haram et yardım etməyinə хatir, ey kömək
istəyənlərin dadına çatan!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə
təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti
iğfirli”.

Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi
ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban
Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı
bağışla”.

Allah orucunuzu qəbul eləsin!