
Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza
və Reabilitasiya Agentliyi yaşayış yerini tərk etməkdə çətinlik
çəkən 369 nəfər əlilliyi olan şəxsi evlərində (səyyar)
reabilitasiya xidmətləri ilə təmin edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən
məlumata görə, onlara 900-dən çox reabilitasiya xidməti
göstərilib.
Səyyar xidmətlərdən yararlanmaq istəyən əlilliyi olan şəxs (və
ya onun qanuni nümayəndəsi) nazirliyin “142” Çağrı mərkəzinə, eləcə
də DOST mərkəzləri və ya ərazi üzrə Tibbi-Sosial Ekspert
Komissiyasına müraciət edir.
Müraciətə əsasən Agentliyin müvafiq reabilitasiya mərkəzinin
həkim və psixoloqlarından ibarət səyyar briqadası əlilliyi şəxsin
yaşadığı ünvana gedərək onun ilkin müayinə və qiymətləndirməsini
aparır.
Daha sonra əlilliyi olan şəxslə bağlı fərdi plan tərtib olunaraq
bu plan əsasında ona müəyyən olunmuş müddət ərzində həkim və
psixoloq müayinəsi, loqoped seansı, müalicəvi masaj, müalicəvi
bədən tərbiyəsi, əmək terapiyası və s. üzrə reabilitasiya
xidmətləri göstərilir.





























