
Bakı. Trend:
Kür çayında torla qanunsuz balıq ovlayan şəxs saxlanılıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin
Şəki regional qrupundan bildirilib.
Qeyd edilib ki, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları
tərəfindən xidməti ərazidə qanun pozuntularının aşkarlanması və
hüquqazidd əməlləri törədən şəxslərin müəyyən edilməsi
istiqamətində tədbirlər keçirilib.
İdarənin Mingəçevir Xətt Polis Məntəqəsinin əməkdaşlarının
həyata keçirdikləri tədbirlərlə Kür çayında qanunsuz olaraq balıq
ovu ilə məşğul olan N.Məmmədov saxlanılıb.
Həmin şəxsdən ovladığı balıqlar və istifadə etdiyi digər
avadanlıqlar maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.





























