Advertisement

Lənkəranın icra başçısına sui-qəsdin qarşısı alınıb

Bakı. Trend:

Lənkəranın icra başçısına sui-qəsdin qarşısı alınıb.

Trend xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin
məlumatında bildirilib.

Müəyyən edilib ki, Bəhruz Əskərov respublikanın müxtəlif
rayonlarında yaşayan şəxsləri gizli əlaqəyə cəlb edərək, onlara
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının həyatına sui-qəsdin
təşkil olunması barədə tapşırıqlar verib.

Həmçinin, Bəhruz Əskərovun əlaqəsində olan şəxslərə Azərbaycanın
bəzi rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi
fəaliyyət göstərən xarici ölkə vətəndaşına qarşı sui-qəsd həyata
keçirməyi tapşırması da təsbit edilib.

Keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində
Bəhruz Əskərovun tutularaq Cinayət Məcəlləsinin 28, 214.2.1
(terrorçuluğa hazırlıq) maddələri ilə Azərbaycan Respublikasında
cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub, məhkəmənin qərarı
ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı 2012-ci
ildən Taleh Qaraşovdur.