Advertisement

MÜSİAD Azərbaycanın təşkilatçılığı ilə iftar proqramı keçirilib (FOTO)

Bakı. Trend:

MÜSİAD Azərbaycanın təşkilatçılığı ilə Sabirabad rayonunda iftar
proqramı keçirilib.

Trend-in TurkicWorld-ə istinadən
məlumatına görə, bu barədə MÜSİAD Azərbaycandan bildirlib.

Proqramda Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və
səlahiyyətli səfiri Dos.Dr. Cahit Bağcı, millət vəkili Ramin
Məmmədov və Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin
Cabbarov iştirak edib.

Proqramdan əvvəl MÜSİAD Azərbaycan İdarə Heyəti üzvləri
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov ilə
görüşülüb. Sabirabad Şəhidlər Xiyabanı ziyarət edilib.

İftar Proqramda MÜSİAD Azərbaycanın İdarə Heyəti ilə birlikdə
üzvləri, şəhid ailələri, axıska türkləri və rayon sakinləri iştirak
edib.

Məlumat üçün qeyd edək ki, MÜSİAD hər il Ramazan ayında ənənəvi
iftar süfrələri təşkil edir.

Xatırladaq ki, MÜSİAD-ın 81 ölkədə, 164 məntəqədə ümumilikdə 12
mindən çox üzvü, Türkiyədə isə 83 şöbəsi var. Bu il MÜSİAD-ın
yaranmasından 34 il keçir.

Əlavə olaraq bildirək ki, TurkicWorld (Türk Dünyası) media
platforması MÜSIAD Azərbaycanın rəsmi media partnyorudur.