
Bakı. Trend:
Məlum olduğu kimi, aprelin 7-də Bakı şəhərinin
Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında,
Sumqayıt – 1,
Abşeron – 1,
Gəncə – 2, Mingəçevir,
Şəmkir – 1, Tovuz, Qəbələ, Oğuz,
Lənkəran – 2,
Cəlilabad – 1,
Masallı – 1, Yardımlı, Beyləqan, Füzuli (o cümlədən M.Uluqbəy
adına 1 №-li tam orta məktəb), Laçın (Şəhər 2 №-li tam orta məktəb
və Zabux kənd tam orta məktəbi.), Zəngilan (Ağalı kənd tam orta
məktəbi), Ucar, İsmayıllı, Şamaxı, Sabirabad, Neftçala, Hacıqabul,
Xaçmaz – 1,
Quba – 1 rayonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi
(9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları
keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə,
buraxılış imtahanında iştirak edəcək şagirdlər
https://eservices.dim.gov.az/sagirdbv/ linkindən istifadə
etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil
müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini
çap edə bilərlər.
Şagirdlər iş nömrəsini
buradan öyrənə bilərlər.
Buraxılış vərəqəsini çap etmək üçün kompüterə Adobe Reader
proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən
qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli
olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi
tərəfindən verilməli olan
arayışı DİM-in saytından yükləyə bilərlər.
Şagirdlər bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda
(şəhərdə) imtahan verirlər.Məcburi köçkün rayonlarının
məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil
müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun
tarixdə imtahan verirlər.
Bakı şəhərinin Xəzər rayonunda, həmçinin Sumqayıt, Abşeron,
Gəncə, Lənkəran, Şəmkir, Cəlilabad, Masallı, Xaçmaz, Quba
rayonlarında yerləşən məktəblərin şagirdlərinin imtahanı 2 imtahan
gününə bölünüb. Bu hal yuxarıda müvafiq olaraq, “hissə”
adlandırılıb və “keçid” qoyulub. Linkin üzərinə basdıqda qeyd
olunan tarixdə hansı məktəblərin şagirdlərinin imtahan verməsi
haqqında məlumat açılır.





























