Advertisement

Kamran Əliyev vəzifəsindən AZAD EDİLDİ

Bakı. Trend:

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəis
müavini, Qeydiyyat-İmtahan və Texniki Baxış İdarəsinin rəisi polis
polkovniki Kamran Əliyev təqaüdə göndərilib.

Trend-in məlumatına görə,
xidmətdə olmanın son yaş həddinə görə daxili işlər naziri,
general-polkovnik Vilayət Eyvazovun əmri ilə Kamran Əliyev tutduğu
vəzifədən azad edilib və təqaüdə buraxılıb.

Hələlik onun yerinə təyinat yoxdur.

Qeyd edək ki, Kamran Əliyev uzun illər BDYPİ-nin İctimaiyyətlə
əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb. Bu sahədə böyük
xidmətləri olan Kamran Əliyev daha sonra YPX Şöbəsinin rəisi olub.
Bir neçə ildir ki, idarə rəisinin müavini vəzifəsində çalışırdı.
Onun 60 yaşı tamam olub.