Advertisement

Binəqədidə qadının liftdə ölümü ilə bağlı əlaqədar qurumun rəisi işdən çıxarılıb

Bakı. Trend:

Son illər ərzində dövlət mənzil fonduna aid olan binalarda
istismar müddəti bitmiş 1206 lift yeni alman istehsalı olan
liftlərlə əvəz edilib və növbəti mərhələdə 744 yeni liftin alınaraq
quraşdırılması nəzərdə tutulub.

Trend xəbər verir ki, bu
barədə Lifttəmir İB məlumat yayıb.

Qeyd edilib ki, 26 mart 2024-cü il tarixində Bakı şəhəri,
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yahya Hüseynov küçəsində
yerləşən yaşayış binasında baş vermiş bədbəxt hadisə ilə bağlı Bakı
Şəhər İcra Hakimiyyətində komissiya yaradılmış və hadisə komissiya
tərəfindən araşdırılır. Məsələ ilə əlaqədar Binəqədi rayonu, 107
saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Rüfət Süleymanov
tutduğu vəzifədən azad edilib, Bakımənzilavtomat ixtisaslaşdırılmış
istehsalat idarəsinin rəisi İlham Hüseynov və Binəqədi rayon Mənzil
Kommunal Təsərrüfat Birliyinin rəisi Elmin Zamanov isə araşdırma
müddətində vəzifələrindən kənarlaşdırılıb.

Hal-hazırda real vəziyyətin öyrənilməsi məqsədilə hüquq-mühafizə
orqanları ilə birgə araşdırma davam etdirilir.